44 günlük müharibədən sonra çoxlu silah-sursat yoxa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb.
"Mən daxili işlər nazirinə tapşırıq verdim ki, qanunsuz silah və döyüş sursatlarının axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır, çünki bizim işlədiyimiz metodologiya yeni çağırışlara cavab vermir. Yeni metodların tətbiqi ilə müəyyən nəticələr var, böyük deyil", - Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, ölkədə qanuni silahların sayı da artıb: "İndi silah əldə etmək üçün çoxlu imkanlar var. Silahdan istifadə ilə törədilən ağır ağır cinayətlərin neçə faizinin qanuni silahlarla törədildiyini görmək düzgün olardı".
Ağarza Elçinoğlu