Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin Kanadada oteldən oğurlanmış məşhur portreti İtaliyada tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis verdiyi açıqlamada 2022-ci ildə oğurlanan orijinal rəsmin yerinə surətinin qoyulduğunu və portretin bu ayın sonunda Kanada polisinə təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, keçmiş baş nazir Uinston Çörçillin portreti 2022-ci ildə Kanadanın Ottava şəhərindəki lüks “Fairmont Chateau Laurier” otelindən oğurlanıb.

Otel işçisi rəsmin saxta olduğunu görüb və rəsmi yoxlamaq qərarına gəlib. Bu zaman rəsmin saxta olduğu üzə çıxıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, portret Londonda hərrac evi vasitəsilə İtaliyada bir alıcıya satılıb və hər iki tərəf əsərin oğurlandığından xəbərsiz olub. Daha sonra polis axtarışlara başlayıb.

Aparılan araşdırmalar nəticəsində Ontario ştatının Powassan şəhərindən olan 43 yaşlı kişi Çörçilin "Nərildəyən Aslan" portretinin oğurlaması və alveri ilə bağlı ittiham edilib. Həmin şəxs polis nəzarətinə götürülüb.

Polis orijinal portretin bu ayın sonunda Romada keçiriləcək mərasimlə Ottava polisinə təhvil veriləcəyini və yenidən oteldə sərgilənəcəyini bildirib.

Zərifə Nağıyeva