190 milyon dollarlıq sərvətlə dünyanın ən varlı adamları arasında yer alan "Amazon" sahibi Ceff Bezosun Mayamidə aldığı evin qiymətini aşağı salmaq üçün kimliyini gizlədib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Mayamidəki 7 otaqlı dəbdəbəli evin satış sənədlərinə görə Bezos evi alarkən dünyanın 2-ci ən zəngin adamı olduğunu gizlədib. Evi satan Leo Kryss Bezosun onu aldadaraq qiyməti 6 milyon dollar aşağı saldığını bildirib.

Kryss satışa vasitəçilik edən daşınmaz əmlak şirkətini məhkəməyə verəcəyini, alıcının Bezos olduğunu bilsəydi, endirim etməyəcəyini vurğulayəb.  

İş adamı Kryss, teatrı və şərab zirzəmisinin də olduğu evi keçən il 85 milyon dollara satışa çıxarıb. Daşınmaz əmlak şirkətinin evi almaq istəyən şəxsin 79 milyon dollardan artıq pul verməyəcəyini ifadə etdiyini bildirən Kryss aldadıldığını bildirib.

Tom Brady, David Guetta və İvanka Tramp kimi məşhur adlar da evin yerləşdiyi Mayamidəki Indian Creek bölgəsində yaşayır.

Gülayə Mecid