Qəzza zolağında baş verənlər qətiyyən qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş açıqlayıb.
O, "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Qəzzada beynəlxalq humanitar hüququn çox ciddi pozuntuları var, mülki əhalinin effektiv müdafiəsi tamamilə yoxdur: "İsrail mülki əhaliyə zərər vurmaq riskini azaltmaq üçün addımlar atdığını və Qəzzadakı fələstinlilərin ən azı üçdə birinin yaraqlı olduğunu iddia edir. İsrail HƏMAS-ı fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə ittiham edir, HƏMAS isə bunu rədd edir".
Quterreş BMT-ni uzun müddətdir anti-İsrail siyasəti yeritməkdə ittiham edən İsrailin baş naziri Benyamin Netanyahu ilə danışmadığını vurğulayıb: "Telefon zənglərimə cavab vermədiyi üçün onunla danışmamışam, amma onunla danışmamaq üçün heç bir səbəbim yoxdur. Ona görə də o, Nyu-Yorka gəlsə və mənimlə görüş istəsə, onu görməyə çox şad olaram".
Ağarza Elçinoğlu