"Biz ermənilərə hər cür kömək etməyə çalışırdıq, ən yaxın adamlarla əməkdaşlıq edirdik, hər cür köməklik edirdik".
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda yaşayan milli icmaların nümayəndələri ilə görüşündə deyib.
Lukaşenko ikitərəfli münasibətlərdə müəyyən nöqsanların olduğunu etiraf edib, lakin əmindir ki, Minsk bu məsələdə qətiyyən günahkar deyil: "Biz Qərblə, amerikalılarla əməkdaşlığa qarşı deyilik, lakin siz onların siyasətini görürsünüz".
Belarus liderinin sözlərinə görə, o, Ermənistan rəhbərliyi ilə daim bu barədə danışıb.
Ağarza Elçinoğlu