Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Briciti kişi adlandıran iki qadın böhtana görə cəzalandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Fransızlar 13,5 min avro cərimələniblər: "Paris məhkəməsi Nataşa Rey və Delfine Gegusseni böhtana görə 500 avro cərimələyib. Bundan əlavə, onlardan Bricit Tronyeyə (birinci xanımın qızlıq soyadı) 8 min avro və onun qardaşı Jan-Mişele mənəvi ziyan kimi 5 min avro təzminat ödənilməsi tələb olunacaq". 

Qadınların məhkəməsi iyun ayında baş tutub. Müstəntiqlərin fikrincə, Rey ölkənin birinci xanımı haqqında böhtan xarakterli materiallar hazırlayıb və ikincisi onları yayıb. 

Ağarza Elçinoğlu