Qarabağda baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyindədir.
"Unikal" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd edib.
O, digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana verilməsini şəxsən rəsmi İrəvana təklif etdiyini vurğulayıb. Belarus prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.
“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik onlar (Ermənistan – red.) etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Bəli, bu bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – deyə o vurğulayıb.