Goranboyda sükanın idarəetməsini itirən 22 yaşlı Xocalı sakini avtomobili aşırıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Borsunlu kəndi istiqamətindən keçən hissəsində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Xocalı sakini Hümbətzadə Teymur Əli oğlu idarə etdiyi minik maşınını aşıraraq qəza törədib.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov