Belarus lideri Aleksandr Lukaşenko deyib ki, Belarus və İran hər iki ölkənin üzləşdiyi xarici təzyiq və sanksiyalara görə “bir qayıqdadır”.

"Unikal" xəbər verir ki,  Lukaşenko bunu Minskdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə deyib.

"Sizin səfəriniz həm də ona görə vacibdir ki, taleyin hökmü ilə, bəlkə də, sizin dediyiniz kimi, bütün bunlar Allahdandır, biz özümüzü bir qayıqda tapdıq və buna qətiyyən peşman deyilik", -  Aleksandr Lukaşenko ifadə edib.  

Belarus prezidenti vurğulayıb ki, dünyada informasiya qarşıdurması var. Və bu məlumatlarla Belarus və İrana “böhtan atmağa çalışır”.

Görüş zamanı Lukaşenko həmçinin İran prezidenti Məsud Pezeşkianı Belarusa səfərə dəvət edib.