Hakim "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin 2008-ci ilin avqust müharibəsinə görə üzr istəmək zərurəti ilə bağlı bəyanatı Gürcüstanda etirazla qarşılanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, aksiyaçılar hakim “Gürcü Arzusu” partiyasının yaradıcısının bir gün əvvəl Qori şəhərində verdiyi bəyanatlarla əlaqədar Gürcüstan parlamenti qarşısına toplaşıblar. tənqid edirlər.
İvanişvili eks-prezident Mixail Saakaşvilini Cənubi Osetiyada kənardan gələn sifarişlə müharibəyə başlamaqda ittiham edib və bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstan 2008-ci ildə Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasına görə üzr istəməlidir.
Etirazçılar İvanişvilinin sözlərini həm ölkəyə, həm də 2008-ci ilin avqustunda həlak olmuş gürcü hərbçilərinə münasibətdə “xəyanət” hesab ediblər.
Polis hadisə yerinə səfərbər edilib.