"Liverpul”un sabiq futbolçusu Deyan Lovrenin PAOK-a keçidi rəsmiləşib.

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, bundan əvvəl Rusiyada “Zenit”, İngiltərədə “Liverpul”da forma geyinib. Xorvatiya millisi ilə Avro-2018-in gümüş mükafatçısı olan Deyan Lovren DÇ-2022-nin də bürünc medalçısıdır.