İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi bəlli olub.

"Unikal" xəbər verir ki, komanda 49 yaşlı İvan Yuriçə tapşırılıb. Onunla 1 illik müqavilə imzalanıb. Romalıların UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə mütəxəssislə sözləşmənin müddətinin uzadılacağı bildirilib.

Xorvatiyalı çalışdırıcı bu postda Daniele De Rossini əvəzləyib.

Qeyd edək ki, İ.Yuriç son olaraq İtaliyanın digər klubu "Torino"ya rəhbərlik edib.