Qazaxda piyadanı maşın vururaq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Kosalar kəndinin girişində qəbirstanlığın qarşısında  qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1986-cı il təvəllüdlü Xəlilova Günel Məhərrəm qızını  vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov