Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 23-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.