Metronun "Neftçilər-Qara Qarayev" mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maşinist stansiyada qatara baxış keçirib problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb.

"Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamlar aparılıb", deyə əlavə edilib.

Nasazlıq olmadığı üçün qatar "Nərimanov" stansiyasından sərnişinlərlə yoluna davam edib.

***

08:44

Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq ehtimalı yaranıb və bu səbəbdən sərnişinlər düşürülüb.

"Unikal" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qatar “Elmlər Akademiyası” stansiyasında olarkən maşinsit qapıya baxış keçirib.

“Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülüb, qatar elektrik deposuna yola salınıb. Əvəzində ehtiyat qatar verilib, bunun nəticəsində xətdə iki qatar arasında intervaldan əlavə olaraq dörd dəqiqə yubanma yaranıb”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.