Bir Britaniya vətəndaşı midiya restoranında yeməyində mirvari tapıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs tapdığı mirvarini Peyc Hokins adlı sevgilisinə verib.
Cütlük qız övladının doğulmasını qeyd etmək üçün restorana gəlib. Kişi sifariş edilən balıq yeməklərindən birini yeyərkən ağzında kiçik bir mirvari tapıb.
Belə bir hadisə restoranda ilk dəfədir baş verib.