Malayziyanın Saravak qubernatorluğunda timsah altı yaşlı qızın həyatına son qoyub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tsitsilya İntik adlı qız babası və dostları ilə birlikdə çaya gedib. Bu zaman yırtıcı azyaşlı qıza hücum edib. Timsah babasının gözləri qarşısında uşağı suyun altında sürüyüb.
Doqquz dəqiqədən sonra xilasedicilər artıq fövqəladə hadisə yerində olublar, lakin bu vaxta qədər timsah və uşaq artıq gözdən itib. Siciliyanın axtarışında onun yaxınları və polis əməkdaşları da iştirak edir.
Məlumata görə, axtarış əməliyyatı beş gündür davam edir. Xilasedicilər hadisə yerindən iki kilometr radiusda ərazini darayıblar, lakin uşaq tapılmayıb. Polis azyaşlının timsahın qurbanı olduğunu açıqlayıb.