Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryan Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələr üzrə siyasi direktoru Konrad Artz fon Ştraussenburqla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buş da iştirak edib.
Baş nazirin müavini iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib və Almaniyanın Ermənistanda həyata keçirilən əsas islahatlara dəstəyini yüksək qiymətləndirib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Aİ əlaqələrinin inkişafının əsas istiqamətlərinə və regional hadisələrə istinad ediblər.
Ağarza Elçinoğlu