İmişli rayonunda məktəbli intihar edib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib.
Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Əliağa İsi oğlu Şahbazlı bibisinə məxsus evin həyətində özünü asıb.
Onun meyitini yaxınları aşkar ediblər.
Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.