Dünəndən etibarən İsrail Müdafiə Qüvvələrinin Livan ərazisində "Hizbullah" hərəkatının hədəflərinə genişmiqyaslı aviazərbələri nəticəsində ölənlərin sayı 558-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yaralıların sayı isə 1835 nəfərdən çoxdur.
İsrail Ordusunun məlumatına görə, Livanın sərhəd kəndlərinin sakinlərinə xəbərdarlıq edilib və onlardan "Hizbullah"ın silah saxlamaq üçün istifadə etdiyi evləri tez tərk etmələrinə çağırılıb.
Ağarza Elçinoğlu