Özbəkistanda 13 yaşlı qızını daşınmaz əmlakla dəyişdirmək istəyən şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Uznews" məlumat yayıb.
41 yaşlı qadının uşağını satmaq üçün Kaşkədərya rayonundan Səmərqəndə getdiyi məlum olub. O, restoranlardan birində saxlanılıb. Ana 25 min dollarlıq ev qarşılığında qızını dəyişdirməyə razı olduğunu etiraf edib.
Qadın “İnsan alveri” maddəsi ilə ittiham olunub, məhkəmə onu təqsirli bilib və 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Qadının uşaqları dövlətin himayəsinə verilib.
Ağarza Elçinoğlu