Rusiya istehsalı VAZ-2105/2107 "Jiquli" avtomobilləri ailəsi dünya istehsalçılarının ən populyar avtomobilləri siyahısında yeddinci yeri tutub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ixrac modeli "Lada Riva" adlanır. Ümumilikdə bu maşınlardan 18 milyon istehsal edilib.
Reytinqin lideri "Toyota Corolla" olub. Ondan sonra "Ford F-Series", "Volkswagen Golf" yer alıb. Bundan əlavə, bestsellerlər onluğuna "Honda Civic", "Opel Corsa", "Nissan Sunny", həmçinin "Chevrolet Impala", "BMW 3 Series" və "Renault Clio" daxildir.
Siyahıda sonuncu, 60-cı yeri fransızların 1926-1930-cu illərdə istehsal etdiyi nadir "Type 40" modeli ilə "Bugatti" tutub.