Yapon tədqiqatçılar yağ yandırmasını sürətləndirən zülalları müəyyən ediblər. Tədqiqatçıların fikrincə, idman edən insanların skelet əzələlərində əmələ gələn "PGC-1a" zülalı insanlara daha çox yağ yandırmağa kömək edir.
"Unikal" "Japan Today"ə istinadən xəbər verir ki, Kobe Universitetinin tədqiqatçılarının pəhriz saxlamadan arıqlamağa imkan verəcək yeni bir dərman hazırlamağın bir yolunu tapmıblar. Tədqiqatçılar idman edən insanların skelet əzələlərində "PGC-1a" zülalının müxtəlif variantlarının əmələ gəldiyinə diqqət çəkərək, müxtəlif variantlarda artımın insanların enerji xərclərini artırdığını və bunun da daha çox yağ yandırmasına kömək etdiyini bildiriblər.
İnsanlarda skelet əzələlərini öyrənən tədqiqatçılar, alternativ "PGC-1a" variantlarının da məşq zamanı artdığını aşkar ediblər. Qeyd olunub ki, bu variantların istehsalı insandan insana dəyişir və insanlar eyni məşq edərkən belə arıqlamada fərqli nəticələr alınır.
Piylənmənin müalicəsində ümumiyyətlə iştahı boğan dərmanlar təyin edilir. Bildirilib ki, son tapıntılarla idman etmədən yağ yandırmağa kömək edəcək yeni dərmanlar tapmaq mümkün ola bilər.
Kobe Universitetindən Prof. Dr. Vataru Oqava, tədqiqat nəticələrinin piylənmə ilə əlaqəli xəstəliklərin müalicəsində əhəmiyyətli bir inkişaf ola biləcəyini söyləyib.
Gülayə Mecid