Səhər saatlarında Hatidjo adasında 5,8 bal gücündə zəlzələdən sonra dalğanın hündürlüyü 50 santimetr olan sunami qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, çərşənbə axşamı yerli vaxtla saat 08:14-də baş verən zəlzələnin episentri Torişima adası yaxınlığında Sakit Okeanın sularında yerləşib.