Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynada sülhə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BMT liderinin sözlərinə görə, Ukraynada münaqişə genişlənir, onun yumşalmasına dair heç bir əlamət yoxdur. Quterreş bunun əvəzini mülki şəxslərin öz həyatları və məhv edilmiş icmaları ilə ödədiyini vurğulayıb.
Onun fikrincə, BMT Nizamnaməsi, beynəlxalq hüquq və təşkilatın qətnamələri əsasında qurulacaq ədalətli dünyanın vaxtı çatıb.
Qeyd edək ki, sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Əsas hadisə sentyabrın 29-da fasilə ilə 24-30 sentyabr tarixlərində baş tutacaq yüksək səviyyəli həftə olacaq. Onun zamanı ilk dəfə olaraq sülh və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı “Gələcək Sammiti” keçiriləcək.
Gülayə Mecid