Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Nəşr qeyd edir ki, yeni qanunlar avqustun sonunda qəbul edilib. Onlar xarici görünüşdə və davranışda “qeyri-müsəlmanların” təqlidini qadağan etmək məqsədi daşıyır. İndi əfqan kişilərinə cins şalvar və dəbli saç düzümü qadağası ilə yanaşı, saqqallarını yumruqlarından qısa kəsdirmək, həmçinin arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağan edilib.