Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Donald Trampı ABŞ prezidenti adlandırıb.
"Unikal" xəbər verir ki, Nikiforov bu səhvə Ukrayna telemarafonunda yol verib:
“ABŞ prezidenti Donald Trampla görüşdən sonra Vladimir Zelenski öz qələbə planını hər iki namizəd Kamala Harrisə və Donald Trampa təqdim etməyə hazırdır”, - deyə o bildirib.
Zelenskinin tədbir cədvəlini şərh edən Nikiforov deyib ki, Vaşinqtonda Ağ Evdə Baydenlə görüş planlaşdırılır. Müzakirələr zamanı tərəflər “Ukrayna üçün strateji planlaşdırma və ABŞ-nin dəstəyini” müzakirə edəcəklər.