Rusiya Federasiyanın V.N.Tatışev adına Astraxan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Angelina Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov rəsmi qonaqla səmimi görüşdən sonra universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələr və xüsusən ikitərəfli əməkdaşlıq çərçivəsində ATMU professor-müəllim heyətinin Astraxan şəhərində keçirilən beynəlxalq tədbilərdə yaxından iştirakı haqqında danışıb.
ATMU və V.N.Tatışev adına Astraxan Dövlət Universiteti arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə edən rektor və prorektor beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində nəzərəçarpan əməkdaşlığı prioritet istiqamət kimi dəyərləndiriblər. Rusiyali ali təhsil təmsilçisi F.Angelina Azərbaycanda turizm sektorunun davamlı inkişafı barədə məlumatlı olduğunu, Astraxanın turizm potensialının səmərəliliyi istiqamətində müvafiq azərbaycanlı mütəxəssislərdən faydalanacaqlarına inandığını deyib. Rusiya – Azərbaycan əlaqələri prizmasından Bakı- Astraxan şəhərləri arasında ikitərəfli münasibətlərin davamlılığından isə məmnun qaldığını bildirib.
Sonda xatirə şəkli çəkilib.