Meksikada prezident seçkilərində qalib gələn Klaudiya Şeynbaum Pardonun oktyabrın 1-də andiçmə mərasimi keçiriləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimə bir çox dünya liderləri dəvət olunub.
İspaniya Kralı VI Felipenin dəvət edilməməsi İspaniya-Meksika arasında gərginliyə səbəb olub. Belə ki, İspaniya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, “İspan hökuməti oktyabrda Mexikoda keçiriləcək Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında yer almamasını qəbuledilməz hesab edir. mBuna görə də İspaniya hökuməti öz nümayəndələrindən heç birini bu mərasimə göndərməmək qərarına gəlib", - ifadə edilib.
Parlament monarxiyası ilə idarə olunan İspaniyanın dövlət başçısı Kral VI Felipe, xüsusilə Latın Amerikası ölkələrində rəsmi mərasimlərdə İspaniyanı həmişə təmsil etməsi ilə tanınır.
Gülayə Mecid