Tanınmış rusiyalı səyahət bloggeri Vladimir Kosarov Meksikada kartel tərəfindən qaçırılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Blogger bildirir ki, hadisə Nuevo Laredo bölgəsində baş verib. Məlumata görə, naməlum şəxslər ona yaxınlaşaraq 2 saat sorğu-sual edib, sonra başqa bir ünvana aparıblar.
Bu an Kosarov abunəçilərdən onun geolokasiyasını izləməyi xahiş edib. Bir gün sonra blogger əlaqə saxlamaq mümkün olub.
O, "qəribə yerlərə" aparıldığını və birlikdə səyahət etdiyi insanların daim narkotik istifadə etdiyini söyləyib. Qaçırılanlar onu Monterey şəhəri yaxınlığında düşürüblər və ondan bir daha Laredoya gəlməməsini tələb ediblər.
Gülayə Mecid