Hər hansı bir enerji mənbəyini bir mənbədən aldıqda asılılıq yaranır. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin sədr müavini Babken Tunyan deyib. 

O, Nikol Paşinyanın Azərbaycandan qaz almaq imkanını istisna etmədiyinə və bunun nə dərəcədə mümkün olub-olmayacağı sualına belə cavab verib:

"Hər hansı alternativ mənbədən enerji almaq asılılığı artırmır, əksinə azaldır. Yəni biz qazı yalnız Rusiyadan alırdıqsa, sonra İrandan da almağa başladılar, üçüncü təchizatçıdan qaz almaq imkanı sizin enerji təhlükəsizliyi və müstəqillik səviyyənizi artırır. İndi qazın Azərbaycandan alınıb-alınmayacağı çox gec və nəzəri məsələdir. Amma bizdə belə bir vəziyyət yaranıbsa ki, kommersiya əlaqələri qura bilək və hər hansı resursa ehtiyacımız varsa, baxmalıyıq ki, kim o resursu daha ucuz, keyfiyyətli və daha sürətli təmin edir. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, Ermənistanın maraqlarına uyğun olarsa, bu məsələ müzakirə oluna bilər. Təbii ki, diversifikasiya və alternativ mənbələr saxlanılmalıdır".

Ağarza Elçinoğlu