Kreml Livandakı ruslara ölkəni tərk etməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Aydınlaşdırılır ki, hazırda Livanda 3 minə yaxın Rusiya vətəndaşı var.
“Vətəndaşlarımıza İran və Livan ərazisini tərk etməyi tövsiyə edin. Bu, təhlükəsizliyi təmin etmək üçün lazımdır”, - deyə o, brifinqdə bildirib.