Livanın “Hizbullah” şiə hərəkatının İran hakimiyyətindən İsrailə hücuma keçməsini xahiş etdiyi iddia edilsə də, Tehran bundan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı Qərb və İsrail diplomatlarına istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, "Hizbullah" İrandan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin iyulun 31-də Tehranda öldürülməsinə görə İsrailə cavab verməsini istəyib. İran hakimiyyəti isə “indi cavab vermək üçün doğru zaman deyil, çünki prezident Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etməlidir", - deyib.
Gülayə Mecid