Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ABŞ prezidenti Co Baydenin Nyu-Yorkda ənənəvi qəbuluna dəvətini geri götürməsi qeyri-ciddi davranışdır.
"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlamentinin rəhbəri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, bu addım Ağ Ev administrasiyası tərəfindən Amerika xalqına qarşı təhqirdir: "Onlar ertəsi gün göndərdikləri dəvəti geri götürdülər".
Bildirilib ki, qərarın səbəbi hakimiyyətin antidemokratik davranışı və bir sıra addımlar, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbul edilməsidir.
Ağarza Elçinoğlu