Avropada qurdlar vurulacaq.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.
"Əgər müəyyən bölgələrdə bir növ artıq nəsli kəsilmək təhlükəsi altında deyilsə, biz canavarlarla fərqli davranmalı və məsələn, onları ovlamalıyıq", - Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen nəşrə açıqlamasında deyib.
AK-nin 27 ölkəsinin daimi səfirləri canavarların mühafizə statusunun azaldılmasına səs verib. AK prezidenti bu qərarı dəstəkləyib.
Qəzetin yazdığı kimi, əvvəllər də oxşar təkliflər irəli sürülüb, lakin indi alman yırtıcılarının Lüksemburqa köçməsi səbəbindən canavarların vurulması dəstəklənib.