Rusiya İttifaq dövlətinin üzvü olduğu üçün Belarusa qarşı hərbi hücum zamanı nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının nüvə silahından çəkindirmə üzrə iclası zamanı deyib.
“Biz İttifaq dövlətinin üzvü kimi Rusiya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, bütün bu məsələlər Belarus prezidenti Aleksandr Lukaşenko ilə razılaşdırılıb.