Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışında Fransa prezidenti Emmanuel Makron deyib.
“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Bu, ukraynalıların müqavimətini dəstəkləyəcək və onlara uzunmüddətli perspektivdə təhlükəsizliyi təmin etməyə kömək edəcək”, - Fransa prezidenti bildirib.
Makron vurğulayıb ki, Qərb ölkələrinin ortaq marağı Ukraynanın öz hüquqlarının “mümkün qədər tez bərpa olunması”dır. Fransa lideri həmçinin uzunmüddətli sülhün qurulmasına çağırıb.