Kaliforniya ştatının Santa-Maria şəhərində məhkəmə binasında partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Kaliforniyanın Santa-Barbara rayonunun şerifi X sosial şəbəkəsində yazıb.
Qeyd edilib ki, məhkəmə binasında partlayış qəsdən yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində baş verib. Nəticədə 2 nəfər yaralanıb.
O, sakinləri məhkəmə binasının ərazisindən uzaq durmağa çağırıb.