Oktyabrın 2-də Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Qanunvericilik Məsələləri Komitəsi solçu “İtaətsiz Fransa” partiyasının Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması ilə bağlı qətnamənin müzakirəyə təqdim edilməsi təşəbbüsünü nəzərdən keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Franceinfo" radiostansiyası partiyanın bu qətnamə üzrə məruzəçisinə istinadən məlumat yayıb.
Mətni 81 deputat, o cümlədən “İtaətsiz Fransa” partiyasından olan 72 deputat imzalasa da, reallıqda qətnamənin uğurlu qəbulu şansı azdır. O, Milli Assambleya Bürosunun təsdiqini alıb, 22 yerdən 12-si sol partiyalardan olan siyasətçilərə məxsusdur, lakin Qanunvericilik Məsələləri Komitəsində solçu siyasətçilər azlıq təşkil edir və ona bir nəfər - “Respublika naminə birlikdə” prezidentyönlü parlament qrupunun nümayəndəsi rəhbərlik edir: