Bu gün Vətən müharibəsinin dördüncü ildönümü və Anım Günüdür.
"Unikal" xəbər verir ki, Azərbaycan xalqı 44 günlük müharibənin qəhrəmanlarını yad etmək üçün İkinci Şəhidlər xiyabanına axışır, şəhadətə qovuşan cəsur döyüşçülərin əziz xatirəsinə ehtiramını bildirir, şanlı Qələbəyə görə minnətdarlığını ifadə edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhadətə qovuşub.
Müxbir: Zərifə Nağıyeva
Fotolar-Video: Ayxan Məlikov