Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.
"Unikal" xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub.