Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Giorgi Amilaxvari keçirdiyi brifinqdə məlumat verib.
O, bildirib ki, bundan sonra özəl sektorda çalışacaq.
Qeyd edək ki, Giorgi Amilaxvari Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə 2023-cü il martın 20-də təyin edilmişdi.