İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında Livanı tək qoymamağa çağırıb.
"Unikal" Tasnim agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsi İsrailin beynəlxalq standartlara və çərçivələrə əməl etmədiyini göstərdi.
“Biz Livan döyüşçülərinin tək qalmasına və qaniçən rejimin növbə ilə "Müqavimət Oxu"nun digər ölkələrinə zərbə endirməsinə icazə verə bilmərik”, - deyə siyasətçi bildirib.