Filippindən olan balıqçı 34 kq çəkisi olan mirvarini 10 il çarpayısının altında saxlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kişi mirvarini dənizdə balıq tutarkən qayığın lövbəri nəhəng kərəyə ilişən zaman tapıb. Balıqçı tapdığı tapıntını talisman kimi saxlayıb və insanlara göstərənə qədər çarpayısının altında saxlayıb. Daha sonra o sirrini xalasına açıqlayıb.
Qeyd olunur ki, qadın mirvari haqqında daha çox məlumat əldə etmək qərarına gəlib və onun həqiqiliyini təsdiqləmək və dəyərini müəyyən etmək üçün mütəxəssislərə müraciət edib. Mütəxəssislər balıqçının tapıntısını araşdırıb və bir neçə nümunə götürüblər. Bunun nəhəng mollyuskanın içərisində əmələ gələn təbii obyekt olduğu təsdiqlənsə, o zaman onun dəyəri 100 milyon dolları keçəcək.
Bundan sonra mirvari ciddi mühafizə altında meriya binasında yerləşdirilib.