Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə yubiley yaşında və partiya veteranı olan bir qrup müəllim ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov təhsilə olan diqqət və qayğıdan danışıb. Qeyd edib ki, son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Xatırladılıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Müəllimlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə partiyanın ictimai-sosial həyatında fəal iştirak edən bir qrup müəllim mükafatlandırılıb, onlara Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.