Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə 23 milyon avroya alınmış Ermənistan səfirliyinin yeni binasını təqdim edib.
"Unikal" xəbər verir ki, o, canlı yayımda bildirib ki, Ermənistan diplomatik missiyası əvvəllər Fransanın keçmiş prezidenti Valeri Jiskar d’Estenə məxsus malikanədə yerləşəcək.
Bina bir çox ölkələrin səfirliklərinin yerləşdiyi Parisin 16-cı rayonunda yerləşir.
Xatırladaq ki, Nikol Paşinyan Fransada işgüzar səfərdədir.
Bundan əvvəl Ermənistan səfirlik üçün Londonun biznes mərkəzində, Vestminsterdəki Müqəddəs Ceyms meydanında 20 milyon avroya bina alıb.