Avropa İttifaqı Tbilisinin qeyri-dost münasibətinə görə Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski açıqlayıb.
"Bu ilin iyununda, bir neçə ay əvvəl biz Aİ-yə üzv dövlətlərlə bizə qarşı qeyri-dost münasibət bəsləyən Gürcüstanın rəhbərliyinə münasibətimizin necə olacağını, anti-Avropa və anti-Qərb propaqandası ilə bağlı müxalifətin öhdəsindən necə gələ biləcəyimizi müzakirə etdik. Və biz qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə yüksək səviyyəli görüşlərimiz olmayacaq", - Qerçinski bildirib.
Ağarza Elçinoğlu