ABŞ-nin keçmiş prezidenti Barak Obama oktyabrın 10-dan Demokratlar Partiyasının namizədi Kamala Harrisin kampaniyasına qoşulmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Obama noyabrın 5-də keçiriləcək seçkiyə qədər Harrisin kampaniyasında ciddi şəkildə iştirak edəcək. Obama ilk dayanacağını Pittsburq (Pensilvaniya) bölgəsində etməyi planlaşdırır. O, qarşıdakı səfərlərlə bağlı digər təfərrüatları açıqlamayıb.