Rusiya prezidenti Vladimir Putin ad gününü iş mühitində keçirəcək. O, Moskvada MDB ölkələrinin rəhbərləri ilə görüşəcək.
"Unikal" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya liderinin bu gün üçün planlarından danışıb.
"Putinin bazar ertəsi axşam MDB liderləri ilə danışıqları planlaşdırılıb. Səhər o, bir sıra qapalı işçi görüşlər keçirəcək".
Qeyd edək ki, bu gün Rusiya lideri Vladimir Putinin 72 yaşı tamam olur.
Gülayə Mecid