İran istənilən ssenari ilə üzləşməyə tam hazırdır.
"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Əli Rza Təngsiri deyib.
O, İsrailin baş nazirini odla oynamaqdan çəkindirərək, İranın düşmənləri ilə qarşılaşmaq üçün bir sıra ssenarilər hazırladığını deyib: "Təl-Əviv bizə qarşı hərbi əməliyyatları gücləndirib. Biz düşmənlə toqquşma üçün bir sıra ssenarilər hazırlamışıq".
Komandan həmçinin qeyd edib ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin İranın bölgədəki normal və ya fövqəladə vəziyyətlərə mütləq hazır olması və sayıq olması göstərişinə əsasən, müxtəlif hazırlıq tədbirləri hazırlanıb.
Ağarza Elçinoğlu